Azərbaycan Türkiyənin toxum ixrac etdiyi ölkələrin ilk 3-lüyünə düşüb

Azərbaycan Türkiyənin toxum ixrac etdiyi ölkələrin ilk 3-lüyünə düşüb
14:42 8 Yanvar 2020
61 Digər
Ölkə mətbuatı
A- A+

2019-cu ildə Türkiyə 85 ölkəyə toxum ixrac edib, amma bu rəqəm kifayət deyil və artırmalıyıq". 
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu qonşu ölkənin Toxum İstehsalçıları Birliyinin İdarə Heyətinin sədri Hacı Ömər Gülər deyib. 
O, ən çox toxum ixrac etdikləri ölkələrin adlarını da açıqlayıb və ilk 3-lüyə Ukrayna, Kanada və Azərbaycanın düşdüyünü bildirib. 
Maraqlıdır ki, toxum ixrac edən Türkiyə daxili tələbatını yelri istehsal hesabına ödəyə bilmir. Belə ki, ötən il ölkədə 1,06 milyon ton toxum istehsal olunsa da, tələbat 2 milyon tona yaxın olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/ask/azerbaycan-turkiyenin-toxum-ixrac-etdiyi-olkelerin-ilk-3-luyune-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR