Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Bakıda yaşayış binasında baş vermiş yanğın zamanı insan ölümləri ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
APA-nın xəbərinə görə, bu barədə səfirliyin “Twitter” səhifəsində yer alan məlumatda bildirilir:
“Dünən baş verən yanğınla əlaqədar Azərbaycan xalqına başsağlığı verir, dünyasını dəyişən şəxslərin ailələrinə səbr diləyirik. Allah rəhmət eləsin”.