"Report" xəbər verir ki, honduraslı hücumçu Kolumbiyanın "Deportes Tolima" klubu ilə anlaşıb. Lakin müqavilənin şərtləri açıqlanmayıb. "Deportes Tolima" Kolumbiya çempionatında geridə qalan 20 turdan sonra 32 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, ötən ilin avqustunda "Sabah"a gələn Roxas 4 ay sonra komandadan gedib. 29 yaşlı forvard 13 oyunda (11 Premyer Liqa, 2 ölkə kuboku) 2 qola imza atıb.