Nərminlə bağlı ŞOK: "Elə bir hadisənin şahidi olmuşdu ki..." -

"Müxtəlif şayiələr gəzir. Elə şeylər var ki, efirdən demək olmur. Amma bütün kəndin ağzında gəzən elə bir şayiə var ki, Nərmin nəyinsə şahidi olduğuna görə onun aradan götürülməsi məqədəuyğun hesab ediblər"

Metbuat.az xəbər verir ki, Bu sözləri Zaur Baxşəliyev "Bizimləsən" proqramında səsləndirib.

Qeyd edək ki, Tovuz rayonunda 10 yaşlı Nərmini oğurlayaraq qətlə yetirib meyitini yandıran şəxs saxlanılsa da ad açıqlanmayıb. Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin birgə apardığı istintaq nəticəsində cinayəti törədən şəxs müəyyən edilib.

O, artıq saxlanılıb. Məlumata görə, həmin şəxs Nərminin qohumu olan bir kişidir.

Gün ərzində dövlət qurumlarının məsələ ilə bağlı rəsmi məlumat yayacağı gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR