SON DƏQİQƏ: Pakistanda DƏHŞƏT - Çox sayda ölü və yaralı var (VİDEO)

SON DƏQİQƏ: Pakistanda DƏHŞƏT - Çox sayda ölü və yaralı var (VİDEO)
19:53 10 Yanvar 2020
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Pakistanın Bəlucistan vilayətindəki Kvetta şəhərində yerləşən məsciddə güclü partlayış baş verib.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə zamanı aralarında 1 polis əməkdaşı və məscid axundu da olmaqla azı 14 nəfər həyatını itirib. 12-dən çox yaralı var. Dərhal əraziyə çox sayda polis əməkdaşı və təcili yardım briqadaları cəlb edilib. Partlayışın terror aktı olduğu güman edilir.

Qeyd edək ki, 3 gün əvvəl Kvetta şəhərində törədilən terror aktı nəticəsində 3 nəfər həlak olub.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/301567.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR