Beqoviç "Bornmut"a qayıtdı

Beqoviç "Bornmut"a qayıtdı
20:27 10 Yanvar 2020
94 İdman
Ölkə mətbuatı
A- A+

Asmir Beqoviç "Qarabağ"dan ayrıldıqdan sonra müqavilə ilə məxsus olduğu "Bornmut"a qayıdıb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, bosniyalı qapıçı İngiltərə Premyer Liqasında mübarizə aparan komandaya qoşulub. O, "gilaslar"ın bu gün baş tutan məşqində iştirak edib.

32 yaşlı qolkiperin "Bornmut"dakı gələcəyi qeyri-müəyyən olaraq qalır. Baş məşqçi Eddi Hounun planlarında yer almayan qapıçının klubdan ayrılacağı iddial edilir.

Təcrübəli qolkiper Ağdam klubunda 15 oyun keçirib və 15 qol buraxıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/816631.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR