Ginekoloqlar xəstələri gizli çəkib, videoları porno saytlara satıblar - DƏHŞƏT

Ginekoloqlar xəstələri gizli çəkib, videoları porno saytlara satıblar - DƏHŞƏT
21:17 10 Yanvar 2020
103 Maraqlı
Ölkə mətbuatı
A- A+

Odessada bir neçə xəstəxananın ginekoloqları 6 ərzində pasiyentlərinin iştirakı ilə pornoqrafik materiallar hazırlayıblar.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Qeyri-qanuni hərəkətlərin üstü bir pasiyentin öz iştirakı ilə görüntüsünün porno saytların birində görməsi ilə açılıb.

Qadın polis və prokurorluğa müraciət edib. Məlum olub ki, 2018-ci ildə Odessa onkoloji dispanserində xəstənin ginekoloji UZİ müayinəsi gizli kameraya çəkilib. Bu videolar xarici pornosaytlara satılıb.

Kabinetdə aparılan yoxlama zamanı polis fleş və disklər aşkarlayıblar. Onlarda da gizli kameraya çəkilmiş videolar olub.

Onkoloji dispanserin rəhbərliyi bu cinayətdən xəbərsiz olduğunu bildirib. Bu videoları çəkən həkim isə bizim rəsmi həkimimiz deyil, sadəcə xəstəxananın icarə hissəsində kabinet kirayələyib.

Onun sözlərinə görə, qanunlar dispanserin rəhbərliyinə icarəçilərin işinə qarışmağa qadağa qoyub, ona görə o kabinetdə nə baş verdiyindən xəbər tutmaq mümkün olmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/807557.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR