Bakı. Trend:

Hindisntanın şimalında sərnişin avtobusu yük maşını ilə toqquşub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, toqquşmadan sonra sərnişin avtobusu alışıb. Qəza nəticəsində azı 20 nəfər həlak olub.

Məlumata əsasən, insident Uttar-Pradeş ştatında baş verib. Bildirilir ki, yük maşını yanar materiallar daşıyırmış.

Polis əməkdaşlarının sözlərinə görə, avtobusda təxminən 70 sərnişin olub və ölənlərin sayı arta bilər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin