“Sonuncu Dalan” oyunun son versiyasını təqdim edib

“Sonuncu Dalan” oyunun son versiyasını təqdim edib
15:36 20 May 2015
Ölkə mətbuatı
A- A+

“İşğal altında” oyunlar seriyası ilə qeymerlər arasında tanınan “AzDimension” studiyası yeni “Sonuncu Dalan” virtual oyunun demo-versiyasını təqdim edib.  
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, dəhşət elementləri macəra ekşeni janrında yaradılmış oyunda baş verənlər Bakıda, İçərişəhərdə baş verir. Daimi xeyirlə şərin mübarizəsi mövzusuna həsr olunmuş oyunun süjetinə əsasən, baş qəhrəman tapmacaların açıqlamasını tapmaq məcburiyyətində qalır ki, həqiqəti tapmaq üçün irəli getsin.
 
Yüklənmək üçün təqdim edilən epizod, şər qüvvələrin hücuma keçdiyi paralel dünyada baş verir. Müvafiq əhval-ruhiyyə Köhnə Şəhərin küçələrində cərəyan edir.
Tərtibatçıların sözlərinə əsasən, oyunun tam versiyası 2016-cı ildə təqdim ediləcək.
Oyun üzərində işlər Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə aparılır. Cari demo-versiya, “Oculus Rift” virtual dəbilqə işini, həmçinin “Microsoft Xbox 360 for Windows”u dəstəkləyir.
 
Oyunun demo-versiyasını tərtibatçının saytından bu internet ünvanından yükləmək olar: 
Aynur Vəliyeva
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR