Lazarus haker qrupu Teleqramdan istifadə edərək...

Lazarus haker qrupu Teleqramdan istifadə edərək...
09:05 14 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Lazarus haker qrupu Teleqram messenceri vasitəsilə külli miqdarda kriptovalyuta oğurlayır.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda Kaspersky Laboratoriyasının mütəxəsislərinin məlumatında deyilir.

Məlumata görə, sözügedən haker qrupu çox ehtiyatlı addım atır və hər dəfə Teleqram messencerilə növbəti qurbanını seçir. Hakerlər personal kompüterlərin sərt diskinə deyil, daxili yaddaşına müəyyən virus göndərirlər. Bunun üçün isə onlar sözügedən şəbəkənin messencerini seçirlər. Virus yayıldıqdan sonra hakerlər məlumatları ələ keçirir və rəqəmsal valyutanı oğurlayırlar. Lazarus qrupunun yeni hücumu "Operation APpleJeus Sequel" adlandırılır. Belə ki, bu kimi hücumlar zamanı saxta kriptovalyuta istifadə edilərək investor cəlb olunur. Hazırda bu üsulla daha çox Avropa və Çin sakinləri zərər görüb.

Mütəxəssislər qeyd edirlər ki, hücum kriptovalyuta şirkətlərinə və fərdi şəxslərə qarşı aparılır.

Qeyd edək ki, ötən il bu üsulla Şimali Koreya hakerləri 571 milyon dollar dəyərində kriptovalyuta oğurlayıb

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/817335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR