Xalq artisti erməni musiqiçi ilə haqqında yayılan xəbərləri təxribat adlandırdı

Xalq artisti erməni musiqiçi ilə haqqında yayılan xəbərləri təxribat adlandırdı
16:38 14 Yanvar 2020
181 Şou
Ölkə mətbuatı
A- A+

“SemperOperaball”ın təşkilatçıları müğənni Ruzan Mantaşyanın 7 fevral 2020-ci il tarixində konsertdə çıxış etməməsinin səbəbinin onun milliyyətinə aid olması ilə bağlı yayılan ittihamları qətiyyətlə rədd edib.

Publika.az xəbər verir ki, “SemperOperaball” təşkilatçıları bu barədə rəsmi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, təşkilatın bədii rəhbəri Hans-Yoahim Frey ittihamları sərt şəkildə pisləyib: “Opera Evi Ruzan Mantaşyan ilə 7 fevral tarixinə tamaşa müqaviləsi imzalamayıb. Həmçinin Yusif Eyvazov heç vaxt həmkarları ilə milli mənsubiyyətinə əsaslanaraq əməkdaşlıq qurmur. Mantaşyanın agentliklə ünsiyyətdə bəzi anlaşılmazlıqları olduğu iddia edilir.

“SemperOperaball”ın fərqi ondadır ki, uzun illərdir top proqramda müxtəlif ölkələrin, o cümlədən Ermənistan ifaçıları da iştirak edib”.

Hans-Yoahim Frey əlavə edib ki, bal öz kosmopolitliyi ilə tanınır. Yayılan iddiaların heç biri doğru deyil. Yusif Eyvazov xüsusilə vicdanlı bir insan kimi çox hörmətli kosmopolit sənətkardır.

Xalq artisti Yusif Eyvazov Drezden Opera Ballında erməni əsilli musiqiçi Ruzan Mantaşyanla eyni səhnəyə çıxmaqdan imtina etməsi ilə bağlı iddialara sosial şəbəkədə cavab verib:

“Əziz dostlar, mən azərbaycanlıyam və Azərbaycanla Ermənistan arasındakı vəziyyətə dair aydın təsəvvürüm və fikrim var. Ancaq siyasi baxışlarım heç vaxt peşəmə və səhnədəki həmkarlarıma təsir etmir. Böyük Teatrda dəfələrlə Mariya Qulegina və Qevorq Akobyan ilə birlikdə səhnəyə çıxmağım buna sübutdur. Odur ki, təsdiqlənmiş məlumatlara etibar edin və bundan sonra təxribat xarakterli xəbərlər yaymayın”.

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/301893.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR