Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə alman əsgərlərinin qalıqları axtarılacaq

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə alman əsgərlərinin qalıqları axtarılacaq
17:22 14 Yanvar 2020
43 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Kvemo Kartli bölgəsində II Dünya Müharibəsində həlak olan alman əsgərlərin qalıqlarının axtarışı planlaşdırılıb.
“Report”un yerli bürosu xəbər verir ki, tapılan qalıqlar hərbi qəbirstanlıqda yenidən dəfn olunacaq.
Qalıqların axtarışları ilə bağlı müvafiq qərarı Gürcüstan hökuməti yanvarın 8-də qəbul edib.
Gürcüstan və Almaniya arasında 1993-cü ildə imzalanmış saziş çərçivəsində axtarış işlərini Alman Savaş Məzarları Qoruma Birliyi həyata keçirəcək.
Qazıntı işləri Rustavi şəhərində torpaq sahəsində, Qardabani rayonunda Axali Samqori kəndi yaxınlığında, həmçinin Marneuli rayonunun azərbaycanlılar yaşayan Kəpənəkçi kəndi ərazisindəki kənd təsərrüfatı torpağında aparılacaq.
Axtarış işlərinə arxeoloqlar nəzarət edəcəklər. Almaniya tərəfi zərurət yaranacağı halda müvafiq texnikadan istifadə etməklə yanaşı yerli sakinləri də işlərə cəlb edə biləcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/diaspor/gurcustanda-azerbaycanlilarin-yasadigi-kendde-alman-esgerlerin-qaliql

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR