Serj Türkün zəfərini təriflədi

Serj Türkün zəfərini təriflədi
10:56 17 Yanvar 2015
138 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 24 aprel 2015-ci ildə Çanaqqala qələbəsinin 100 illiyinin qeyd edilməsi münasibətilə təşkil olunacaq bayram şənliklərinə dəvətini rədd edib.

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan kütləvi-informasiya vasitələri Ermənistan prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Sarkisyan Ərdoğana cavab məktubunun əvvəlində Çanaqqala döyüşünün əhəmiyyətini, bu döyüşün təkcə Türkiyə üçün deyil, bütün dünya üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl aprelin 24-də Çanaqqala döyüşündə qələbənin 100 illiyinin qeyd ediləcəyini bildirmiş, bir sıra ölkələrin dövlət başçıları ilə yanaşı, Ermənistan prezidenti Serj Sarkisyanı da Türkiyəyə dəvət etmişdi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320248

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR