"Elmlər Akademiyası" stansiyasını tüstü basıb, SOS işə salındı

Bu dəqiqələrdə metronun “Elmlər Akademiyası” stansiyasında qatı tüstü müşahidə edilr.

Metbuat.az “modern.az”a istinadən xəbər verir ki, tüstü o qədər çox olub ki, görməni məhdudlaşdırıb, hətta SOS da işə salınıb. Məsələ bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, tüstüyə səbəb hansısa yanğın hadisəsi deyil:

“Stansiyalardakı ventilyatorlar iki rejimdə çalışır: biri havanı içəri sovurur, digəri içəridəki havanı çölə vurur. Ventilyatorlarda yaranan qısa nasazlıq səbəbindən bu tüstü müşahidə edilib.

Ventilyatorların avtomtik rejimində dəyişiklik edilib və problem aradan qalxıb”.

B.Məmmədov bildirib ki, narahatlıq üçün əsas yoxdur:

“Bəzən stansiyalarda “kabab iyi gəlir” deyənlər olur. Bu da ventilyatorın çöldən sovurduğu hava ilə əlaqədardır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR