"Qarabağ"ın futbolçusu Reynaldo Silva dünən Bakıda 15 nəfərin ölümü ilə nəticələnən yaşayış binasındakı faciə ilə əlaqədar Azərbaycan xalqına basağlığı verib.
Axşam.az-n qol.az-a istinadən məlumatına görə, braziliyalı futbolçu "İnstagram" sosial şəbəkəsindəki səhifəsində bu sözləri yazıb:
"Hər kəsin başı sağ olsun. Faciədə həlak olanların ailələrinə Allahdan səbr diləyirəm". 