Erməni generaldan şok iddia

Erməni generaldan şok iddia
11:31 17 Yanvar 2015
107 Dünya
Ölkə mətbuatı
A- A+

"Gümrüdə keçirilən etiraz aksiya iştirakçılarının 80%-i içkinin təsiri altında olub. Hansısa insanlar camaatı içirdib zəhərlədilər və sonra əhali idarə olunmaz hala düşdü. İştirakçıların çox hissəsi içkinin təsiri altında idi. Bu, da çox pis nəticələrə gətirib çıxardı."

ANS PRESS-in məlumatına görə, bunu Ermənistan daxili qoşunların komandiri, yanvarın 15-də gecəyə qədər Gümrüdə nəzarətə başçılıq edən general-leytenant Levon Yeranosyan deyib.

O bildirib ki, onlar xüsusi vasitələr tətbiq edərək polisi dağıdırdılar. Nümayişçilər daşları və başqa predmetləri atmağa, polisə hücum etməyə başladıqda xüsusi vasitələri tətbiq etmək ehtiyacı ondan sonra yarandı.

L.Yeranosyan Gümrüdə polisin hərəkətlərinə haqq qazandırıb: "Polisin hərəkəti birmənalı şəkildə qanuni idi. Polisə daş, butulka atmaq doğru deyil. Biz hamımız erməniyik. İndi araşdırma aparılır, hər şey aydınlaşdırılacaq.

Xatırladaq ki, yanvarın 12-də Gümrüdə Avetisyan ailəsinin altı üzvü Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbçisi Valeri Permyakovun tərəfindən güllələnərək öldürülüb. Bununla əlaqədar yanvarın 15-də Gümrüdə və İrəvanda kütləvi etiraz aksiyası keçirilib, polislə aksiya iştirakçıları arasında toqquşma qeydə alınıb, 60-a yaxın insan həbs olunub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=320251

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR