"Qarabağ"ın qapıçısı Azərbaycan millisinə dəvət alıb

"Qarabağ"ın qapıçısı Azərbaycan millisinə dəvət alıb
11:02 22 Yanvar 2020
63 Digər
Ölkə mətbuatı
A- A+

Təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının heyətinə daha bir futbolçu dəvət edilib. 
 "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qarabağ” klubunun qapçısı Qurban Məhərrəmov yığmanın hazırlığına qoşulub.
Qeyd edək ki, "Qarabağ"ın qolkiperi daha öncə siqaret çəkdikləri üçün yığmanın heyətindən kənarlaşdırılan Elnur Hüseynov ("Neftçi") və Vüsal Şabanovun ("Zaqatala") əvəzinə komandaya cəlb olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/telim-mesq-toplanisini-turkiyenin-antalya-seherinde-davam-etdiren-19

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR