"Neftçi" və "Keşlə" Antalyada son yoxlama oyununu keçirəcək

"Neftçi" və "Keşlə" Antalyada son yoxlama oyununu keçirəcək
09:32 24 Yanvar 2020
42 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klublarının yoxlama oyunları davam edir.
"Report"un məlumatına görə, bu gün Premyer Liqa təmsilçilərindən 2-i yoxlama görüşlərində qüvvələrini sınayacaq.
"Keşlə" son yoxlama matçında bu dəfə Slovakiyanın "Zemplin" klubu ilə üz-üzə gələcək. Paytaxt təmsilçisinin oyunu Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
"Neftçi" klubu da Antalyada son matçına çıxacaq. "Ağ-qaralar" bu dəfə Ukraynanın "Desna” klubu ilə qarşılaşacaq. Oyun saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Keşlə" Antalyada keçirdiyi ilk yoxlama görüşündə Almaniyanın III Bundesliqa təmsilçisi "Zvikau" klubuna 1:4, ardından Rusiya "Arsenal"ına isə 1:2 hesabı ilə uduzub. İlk matçında Polşanın "LKS Lodz" klubuna 0:4 hesabı ilə uduzan "Neftçi" Kiyev "Dinamo"su ilə görüşdə də meydanı məğlub tərk edib - 1:2.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/turkiyenin-antalya-bolgesinde-telim-mesq-toplanisinda

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR