Pərvin Kərimzadənin seçicilərlə görüşləri davam edir (FOTO/VİDEO)

Pərvin Kərimzadənin seçicilərlə görüşləri davam edir (FOTO/VİDEO)
16:08 24 Yanvar 2020
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərda deputatlığa namizəd Pərvin Kərimzadə növbəti görüşlərini Mir Cəlal Paşayev, Qara Namazlı və İsmət Qayıbov küçələrinin sakinləri ilə keçirib.

Trend-in məlumatına görə, böyük ruh yüksəkliyi ilə keçən görüşlərdə Pərvin Kərimzadə seçicilərə parlamentdəki və beynəlxalq arenadakı fəaliyyəti haqqında məlumat verib, Prezident İlham Əliyevin məqsədyönlü siyasətindən, eləcə də, ölkədə gedən kadr, iqtisadi-siyasi islahatlardan danışıb.

Pərvin Kərimzadənin V çağırış Azərbaycan Milli Məclisinin deputatı kimi fəaliyyət göstərdiyi vaxtlardan tanıdıqlarını, elm və təhsil sahəsində fəaliyyətini yüksək dəyərləndirdiklərini bildirən seçicilər bu günün, gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini qeyd ediblər.

Səmimi söhbət zamanı Pərvin Kərimzadə seçiciləri maraqlandıran sualları cavablandırıb, onları narahat edən bir neçə problemlə bağlı aidiyyatı qrumlar qarşısında məsələ qaldıracağını bildirib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3181991.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR