Madaqaskarda leysan yağışları nəticəsində 21 nəfər ölüb, 20 nəfər itkin düşüb

Madaqaskarda leysan yağışları nəticəsində 21 nəfər ölüb, 20 nəfər itkin düşüb
21:12 24 Yanvar 2020
58 Digər
Ölkə mətbuatı
A- A+

Madaqaskarın şimal-qərb bölgəsini cənginə alan leysan yağışları nəticəsində 21 nəfər ölüb, 20 nəfər itkin düşüb.
“Report” AFP-yə istinadən xəbər verir ki, ölkənin Milli Risqlər və Fəlakətlər üzrə İdarəetmə Bürosundan çəltik tarlalarının su altında qalması və ərzaq tədarükünün məhv olması səbəbindən kütləvi aclıq və ərzaq məhsullarının bahalaşması təhlükəsinin ortaya çıxdığı bildirilib.
Belə ki, təbii fəlakət nəticəsində ölkənin şimal-qərbini qalan bölgələrlə birləşdirən yolun 700 metrlik hissəsi dağılıb.
Yaranmış vəziyyətlə bağlı müxalifət ölkə prezidenti Andri Racelinanı fövqəladə vəziyyət tətbiq etməyə çağırıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/madaqaskarda-leysan-yagislar-uzunden-insan-telefati-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR