Bakı, 21 may, AZƏRTAC
“Fənər” futzal komandası Azərbaycan kuboku yarışlarının qalibi olub.
AZƏRTAC xəbər verir ki, “ABU Arena”da təşkil olunan final oyununda “Fənər” və “Neftçi” komandaları qarşılaşıb.
Baş hakim Elçin Məmmədovun idarə etdiyi oyunda “Fənər” komandası 9:4 hesabı ilə qalib gəlib. “Fənər”in heyətində Pessoa het-trik, Conatan Luis və Yevgeni Serıy dubl edib, Slobodan Rayçeviç və Vitali Borisov isə hərəyə bir dəfə fərqləniblər. “Neftçi”nin qollarını isə Rüfət Balakişiyev, Arçil Sebiskvaridze və Kleydon da Silva vurublar. “Fənər”in braziliyalı üzvü Vilyam Oliveyra isə oyunda avtoqolla yadda qalıb.
Qalib komandaya kuboku Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov təqdim edib.