Şimali Koreya liderinin edam etdirdiyi iddia edilən qadın 7 il sonra üzə çıxdı - FOTO

Şimali Koreya liderinin edam etdirdiyi iddia edilən qadın 7 il sonra üzə çıxdı - FOTO
18:38 26 Yanvar 2020
67 Digər
Ölkə mətbuatı
A- A+

Şimali Koreya lideri Kim Çen Inın xalası Kyonq Hui 7 il sonra ictimaiyyət qarşısına çıxıb.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, 73 yaşlı Hui ölkənin yüksək rütbəli məmurlarının iştirak etdiyi tədbirdəki tamaşaçılar arasında görünüb. Qeyd edək ki, Kyonq Hui 10 il əvvə ölkənin vacib fiqurlarından hesab edilirdi. Müxtəlif vacib vəzifələri icra edən 73 yaşlı qadının, hərbi sahədə də xidmətləri olub.

İddialara görə, Kim Çen Inın lider postuna hazırlanmasında xalasının rolu böyük olub. 2013-cü ildə Huinin həyat yoldaşı Yanq Sonq vətənə xəyanət ittihamı ilə edam olunub. Həmin hadisədən sonra Huinin taleyi maraq doğururdu. Bəzi mənbələr onun da edam edildiyini irəli sürmüşdü.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/303002.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR