Zəlzələ zonasından Azərbaycana gətirilən tələbələrin aqibəti necə olacaq? - Nazir açıqladı

Zəlzələ zonasından Azərbaycana gətirilən tələbələrin aqibəti necə olacaq? - Nazir açıqladı
12:37 27 Yanvar 2020
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyədə baş verən zəlzələ ilə əlaqədar 102 azərbaycanlı tələbə bu ölkədən avtobuslarla Naxçıvan Muxtar Respublikasına, oradan da xüsusi aviareyslə Azərbaycana gətirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Türkiyədə baş verən zəlzələ nəticəsində təhsil alan tələbələrimizlə bağlı məsələnin dövlət başçısının xüsusi nəzarətində olduğunu deyən C.Bayramov bildirib ki, hazırda geri qaytarılan tələblər tətildədirlər:

"Sonrakı mərhələdə oradakı vəziyyət necə olacaq, tələbələrin dərslərində hansısa fasilə yaranacaqmı və sair suallara müəyyən vaxtdan sonra dəqiq cavab veriləcək. Eyni zamanda, yenə də universitetlər tərəfindən təqdim olunan imkanlar, orada olan şərait, tələbələrin istəyi və seçimi ilə bağlı bir sıra məqamlar nəzərə alınmaqla növbəti addımlar atılacaq".

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/821087.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR