Milli komandamızdan növbəti UĞURLU NƏTİCƏ

Milli komandamızdan növbəti UĞURLU NƏTİCƏ
20:13 27 Yanvar 2020
143 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşü keçirib.

Publika.az-ın məlumatına görə, rəqib yenə Şimali Makedoniya yığması olub. Görüş Samir Əliyevin baş məşqçi olduğu kollektivin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandadan qolları 68-ci dəqiqədə Mustafa Yıldırım, 90-cı dəqiqədə isə Samir Abdullayev vurub. Bununla da Antalya toplanışı 3 qələbə ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi ilk yoldaşlıq görüşündə "Alanyaspor"u 4:2 hesabı ilə yenib. Daha sonra isə elə Şimali Makedoniya məğlub edilib - 2:0.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/303113.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR