NBA loqosu Kobi üçün dəyişdiriləcək? -

NBA loqosunun bazar günü helikopter qəzasında həlak olan əfsanəvo basketbolçu Kobi Brayantın silueti ilə dəyişdirilməsi üçün internetdə kampaniya başladılıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, rəqəmsal imza platforması "change.org"da bunu təklif edən "Nick.M" adlı istifadəçi bu yolla Kobinin xatirəsinin əbədiləşdiriləcəyini bildirib. Artıq kampaniyaya 1,5 milyon imza toplanılıb.

Qeyd edək ki, hal-hazırda NBA-nın loqosunda başqa bir əfsanəvi oyunçu Cerri Vestin silueti yer alır. Bu loqo 1971-ci ildən istifadə edilir. 2017-ci ildə isə "NBA" yazısının forması dəyişdirilmişdi.

Kampaniya ilə bağlı nə NBA, nə də 81 yaşlı Ceri Vest hələki fikir bildirməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR