"Qalatasaray" iki futbolçusunu itirdi

"Qalatasaray" iki futbolçusunu itirdi
19:03 28 Yanvar 2020
92 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Qalatasaray" klubunun iki futbolçusu - Radamel Falkao və Marselo Saraççi zədələnərək sıradan çıxıb.

Hər iki futbolçu Superliqanın XIX turunda "Konyaspor"a 3:0 hesabı ilə qalib gəldikləri görüşdə zədələnib.

Artıq futbolçuların müalicəsinə başlanıldığı açıqlanıb. Lakin onların hansı müddətə sıradan çıxması haqda məlumat verilməyib.

Qeyd edək ki, 34 yaşlı kolumbiyalı Falkao 2019-cu ilin sentyabrında "Monako"dan "Qalatasaray"a keçib. 22 yaşlı uruqvaylı müdafiəçi Saraççi isə İstanbul klubunun yeni transferidir. (report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/303215.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR