"Qalatasaray"dan Fransa klubuna

"Qalatasaray"dan Fransa klubuna
19:57 28 Yanvar 2020
107 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray"ın fransalı oyunçusu Steven Nzonzi karyerasını ölkəsində davam etdirəcək.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, təcrübəli futbolçu "Renn" komandası ilə razılığa gəlib.

Fransa təmsilçisinin baş məşqçisi Julien Stephan Nzonzi ilə danışıqlar aparıldığını təsdiqləyib. Nzonzi mövsümün əvvlində "Roma"dan "Qalatasaray"a keçmişdi. O, komandası ilə çıxdığı 15 oyunda bir məhsuldar ötürmə edib.

Qeyd edək ki, "sarı-qırmızılar"ın baş məşqçisi Fatih Terim bir müddətdir fransalı futbolçunu heyətdən uzaqlaşdırıb. Buna səbəb onun intizamsız davaranışları olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/821283.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR