Aktyor və teleaparıcı Ceyms Korden bu dəfə öz verilişinə kanadalı müğənni Castin Biberi çəkib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, hər zaman qonaqları ilə tamaşaçıları əyləndirməyi bacaran Korden yenidən ənənəsinə sadiq qalıb.
O, Castini fəst-fud mikroavtobusunda aşpaz kimi işlədib.
Xeyli müştəri toplayan ifaçı onları əyləndirib və xidmət göstərib.
Qeyd edək ki, veriliş Castinin yeni albomu olan "Yummy"nin piarı üçün çəkilib.
Milli.Az