"İnter"dən "Napoli"yə keçir

"İnter"dən "Napoli"yə keçir
20:32 28 Yanvar 2020
99 İdman
Ölkə mətbuatı
A- A+

"Napoli" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Neapol təmsilçisi "İnter"dən Matteo Politanonu heyətinə qatmağa yaxındı.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi bu gün Neapola gələrək, tibbi müayinədən keçib.

"Napoli" Politanonu 18 aylıq icarəyə götürəcək. A Seriyası təmsilçisi 2021-ci ilin yayında 25 milyon avro ödəyib, yarımmüdafiəçinin transfer hüquqlarına sahib ola bilər.

"Roma"nın yetirməsi olan Politano, bu mövsüm A Seriyasında "İnter"lə 11 oyunda iştirak edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/821335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR