Onun sözlərinə görə, komanda üzvləri məşqdən qayıdarkən binanın yandığının şahidi olublar. A.Əzimzadə bildirib ki, hadisənin fəsadları barədə mətbuatdan xəbər tutublar: "Həmin hadisədən çox kədərlənmişik. Bu çox təsiredici bir hadisədir. Dünən binanın qarşısına getdik. Bilmirik ki, orada dünyasını dəyişənlərin yaxınlarına və digrələrinə necə təsəlli verək".
Qeyd edək ki, mayın 19-da Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb.