Avtomobil sürərkən bel ağrısının qarşısını necə almaq olar?

Avtomobil sürərkən bel ağrısının qarşısını necə almaq olar?
23:47 28 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Bel ağrısı az hərəkətli və ya oturaq həyat tərzi keçirən insanlar üçün ən çox rast gəlinən hallardan biridir.

Ancaq bir şəxs avtomobil, xüsusilə yük avtomobilini idarə edirsə, daha ciddi problem yaranır. Uzun yol yolçuları olan yük maşınlarının sürücüləri ayağa qalxmaq və bir az yerimək, əzələlərini gərmək üçün heç bir fürsətə sahib deyillər. Digər tərəfdən bel ağrısı həddindən artıq fiziki yüklənmə ilə əlaqələndirilə bilər, onda avtomobil sürücüləri üçün bu, peşəkar xəstəlik halına gəlir. Buna görə də, oturaq həyat tərzi keçirən hər kəs bel və onurğanı daim işlək vəziyyətdə saxlamaq üçün müəyyən qaydalara riayət etməlidir.

Milli.Az ted.az-a istinadən bildirir ki, ən çox bel ağrısına səbəb olan risk faktorları bunlardır:

Oturan zaman yanlış pozanı seçmək;
Bədənin uzun müddət eyni vəziyyətdə olması;
Silkələnmə və titrəməyə məruz qalma;
20 kq-dan çox ağır əşyaları qaldırılması.

Gün boyu kürəyinizi daima düz vəziyyətdə saxlamaq alınmayacaq, çünki bu, insanı çox tez yorur, yolu müşahidə etməkdən yayındırır və beldəki ağrıları daha da kəskinləşdirir. Həkimlərin məsləhəti - daha optimal və səmərəli yol, oturacağı özünüz üçün düzgün tənzimləmək olacaq. Bu,  ilk və əsas məsləhətdir.

Oturacaqların tənzimlənməsi

Avtomobildə gedərkən özünüzü rahat hiss etmək üçün aşağıdakı addımları yerinə yetirməlisiniz:

Ayaqlarınızı yerə qoyun və  oturacaq hündürlüyünü elə tənzimləyin ki, dizləriniz düzbucaq altında olsun. Bu vəziyyətdə, dizlər ombadan daha yüksəkdə olmamalıdır;

Oturacağa bel üçün quraşdırılmış xüsusi  taxma söykənəcək almağa dəyər. O, lazımi rahatlıq səviyyəsini təmin edəcək və belə dəstək verəcək. Bel nahiyəsinə dəstək əyilməni minimuma endirəcək, silkələnmə və titrəmənin təsirini azaldacaq.

Oturacağın düzgün tənzimlənməsi xüsusilə vacibdir. Sürücü kürəyini oturacağa söykəməlidir.
Bundan əlavə, oturacaqlar da pedallara uyğunlaşdırılmalıdır. Bunun üçün əyləc pedalı sağ ayaqla sıxılır. Bu vəziyyətdə oturacaqlar dizlər təxminən 120 dərəcə bucaq altında əyilənə qədər tənzimlənməlidir.

Oturacağın yuxarı hissəsi bir az arxaya əyilmiş şəkildə olmalıdır. Əgər oturacağı düz şaquli qoysanız, bu, beldə və başda ağrıya səbəb olacaqdır.
Sükanın  tənzimlənməsi elə aparılmalıdır ki, sürücünün əlləri saat əqrəbində 10 və 2-ni göstərsin, dirsəklər qatlandıqda bədənin yanında yerləşsin.
Güzgülər elə bir şəkildə düzəldilməlidir ki, onlara baxarkən lazımsız hərəkətlər və əyilmələr etmək lazım gəlməsin.
Nəticə...

Yuxarıda göstərilən hərəkətləri yerinə yetirməklə birgə, sükan arxasında çox vaxt sərf edənlər üçün yaxşı bir seçim, bel üçün xüsusi geyimin alınmasıdır. O, bədənə möhkəm şəkildə uyğunlaşır və duruşdakı qeyri-dəqiqliklərin düzəldilməsini təmin edir ki, bu da bel ağrısını azaldır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/820718.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR