“Amrah Bank” ötən ili zərərlə başa vurub

“Amrah Bank” ötən ili zərərlə başa vurub
18:47 29 Yanvar 2020
55 Digər
Ölkə mətbuatı
A- A+

“Amrah Bank” ASC 2019-cu ili 11,152 milyon manat zərərlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 11,2% azdır.
Ötən il “Amrah Bank”ın gəlirləri 17,801 milyon manat (illik müqayisədə 5,4% çox), xərcləri 26,218 milyon manat (2% az), xüsusi ehtiyatlara ayırmaları isə 2,735 milyon manat (2,1% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Amrah Bank”ın aktivləri 209,044 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 9,2% azdır. Bunun 98,486 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə Bankın kredit portfeli 12% kiçilib.
Hesabat dövründə “Amrah Bank”ın öhdəlikləri 4,9% azalaraq 200,162 milyon manata, o cümlədən depozit portfeli 5,8% azalaraq 175,156 milyon manata, balans kapitalı isə 55,2% azalaraq 8,882 milyon manata düşüb.
Xatırladaq ki, "Amrahbank" 1993-cü ildən fəaliyyət göstərir və Azərbaycanda ərəb kapitallı yeganə bankdır. Onun nizamnamə kapitalı 39,844 milyon manatdır. Bankın səhmlərinin 53,16%-i Yunis Əli oğlu İldırımzadəyə (Müşahidə Şurasının sədri, “Amrah Sığorta” ASC-nin Direktorlar Şurasının (DŞ) sədri və 85%-lik səhmdarı), 0,33%-i Elza Abbas qızı İldırımzadəyə, 0,33%-i Əmrah Yunis oğlu İldırımzadəyə (“Amrah Sığorta”nın 15%-lik səhmdarı), 0,33%-i Xalid Yunis oğlu İldırımzadəyə, 45,84%-i isə Bəhreyn Beynəlxalq İnvestisiya Bankına məxsusdur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/amrah-bank-oten-ili-zererle-basa-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR