Dadaşov "Liverpul"a qol vurdu

Milli komandamızın üzvü Renat Dadaşov formasını geyindiyi "Vulverhempton"un U-23 komandasında növbəti matçına çıxıb.

Metbuat.az xəbər verir ki, "canavarlar" Beynəlxalq Premyer Liqa Kubokunun qrup mərhələsinin son turunda "Liverpul"un 23 yaşlılardan ibarət kollektivi ilə qarşılaşıb. Matçda komandalar hərəyə 2 dəfə fərqlənərək heç-heçə ediblər.

Renat Dadaşov matça start heyətdə çıxıb və sonadək meydanda olub. O, 49-cu dəqiqədə topu rəqib qapısından keçirərək komandasının 2-ci qolunu vurub.

Bununla da qrupda "Vulverhempton" sonuncu olub. Cədvələ "Liverpul" başçılıq edir. PSJ 2-ci, "Atketik" isə 3-cüdür.(qol.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR