Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib

ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli yanvarın 30-da Azərbaycana səfərə gəlib.

Metbuat.az-ın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda Georgi Tseretelini Milli Məclisin sədr müavini Bahar Muradova qarşılayıb.

Georgi Tsereteli ATƏT ilə Azərbaycan arasında səmərəli əməkdaşlığın mövcud olduğunu bildirib. O deyib ki, ATƏT fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərinə əhəmiyyət verir və təşkilat olaraq biz də seçkiləri müşahidə edəcəyik.

ATƏT Parlament Assambleyasının prezidenti Azərbaycanda müxtəlif istiqamətlərdə - siyasi, iqtisadi, sosial sahələrdə islahatlar həyata keçirildiyini qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tseretelini qəbul edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR