"Hələlik Neymarın transferi barədə düşünmürük"

"Hələlik Neymarın transferi barədə düşünmürük"
13:12 30 Yanvar 2020
104 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın prezidenti Xosep Bartomeu Neymarın komandaya qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,o, hələlik bu haqda düşünmədiklərini deyib:

"Ötən ildən bəri məndən soruşulur. Mən də artıq cavab verirəm. Növbəti mövsüm üçün planlarımızı müzakirə edəcəyimiz vaxtadək bu məsələni danışmırıq. Ona görə də Neymarın keçidini düşünmürük. İndi qış transfer pəncərəsi dövrüdür. Kimsə gəlir, kimsə gedir. Ancaq gələn mövsüm üçün planlarımızı müzakirə etməmişik. Əgər keçid üçün imkan yaranarsa, bunu edərik".

Qeyd edək ki, Neymar 2017-ci ildə Kataloniya klubundan PSJ-yə keçib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/821812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR