İtaliyada koronavirusa görə kruiz gəmisi karantinə alınıb

İtaliyada koronavirusa görə kruiz gəmisi karantinə alınıb
15:47 30 Yanvar 2020
105 Digər
Ölkə mətbuatı
A- A+

İtaliyada kruiz gəmisi koronavirusa görə karantinə alınıb.
“Report” “Express”ə istinadən xəbər verir ki, buna səbəb Çivitavekkya şəhərinin limanına yan alan, 6000 sərnişini və 1000 ekipaj üzvü olan “Costa Smeralda” gəmisində honkonqlu ər-arvadda yoluxucu virusun əlamətlərinin aşkarlanmasıdır. 
Məlumata görə, digər sərnişinlərin də gəmini tərk etməsinə qadağa qoyulub.
Xatırladaq ki, Çinin Hubey vilayətinin Uhan şəhərində yayılmağa başlayan yeni koronavirus nəticəsində 170 nəfər ölüb, yoluxanları sayı isə 7710-u ötüb. Yoluxucu virus indiyə qədər ABŞ, Fransa, Almaniya, Cənubi Koreya, Avstraliyanın da olduğu ən azı 22 ölkədə aşkarlanıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-taliyada-koronavirusa-gore-kruiz-gemisi-karantine-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR