Avropa İttifaqı Şurası “Brexit”lə bağlı razılaşmanı təsdiqləyib
Paylaş
90 baxış·1 dəq oxu
Avropa İttifaqı (Aİ) Şurası Böyük Britaniyanın bu təşkilatın üzvlüyündən çıxmasına dair razılaşmanı təsdiq edib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın açıqlamasında bildirilir. Beləliklə, Birləşmiş Krallıq yanvarın 31-i saat 24:00-da Aİ-ni tərk edəcək. Ertəsi gün - fevralın 1-dən üzv ölkələrin sayı 27 olacaq.