Azərbaycanın Xalq artisti oğlu ilə rinqə çıxdı

Azərbaycanın Xalq artisti oğlu ilə rinqə çıxdı
14:37 31 Yanvar 2020
120 İdman
Ölkə mətbuatı
A- A+

Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahadla birgə "Instagram"da yayılan görüntüləri izləyicilərin marağına səbəb olub.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, sənətçi sanki rinqdə imiş kimi boks əlcəkləri geyinərək oğlunu yumruqlayıb.

Daim formada qalmağı bacaran B.Dadaşova yüksək topuqlu ayaqqabıda oğlu Cahadla "döyüşdə" də peşəkarlığını ortaya qoyub.

Cahad anasına boks təlimi keçərək, onu bu idman növünə daha da həvəsləndirib. Oğluna yumruq zərbələri endirməyə çalışan xalq artisti əldən düşdüyü üçün boks əlcəklərini çıxarıb və Cahadın üzərinə atıb.

İkilinin boks görüntüləri isə sosial şəbəkə izləyicilərini təəcübləndirib. 

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/822142.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR