Yevlax şəhərinin Kolanı kəndində Yuxarı Qarabağ kanalında batdığı ehtimal olunan 1965-ci il təvəllüdlü Nəzərova Şölə Səfər qızının axtarışları başa çatıb.
Metbuat.az xəbər verir ki, Ş.Nəzərovanın meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, Bərdə rayon Hacallı kənd sakini olan qadın yanvarın 28-də özünü Qarabağ kanalına atmışdı.(qafqazinfo)