Tamam Cəfərovanın seçki kampaniyası uğurla davam edir (FOTO)

Tamam Cəfərovanın seçki kampaniyası uğurla davam edir (FOTO)
16:29 31 Yanvar 2020
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

85 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd Tamam Şaməmməd qızı Cəfərovanın təbliğat-təşviqat kampaniyası davam edir.

Trend-in məlumatına görə, Tamam Cəfərova səlahiyyətli nümayəndələr, vəkillər və könüllülərlə birgə günümüzədək 30-a yaxın kənddə seçicilərlə görüşüb.

Seçicilərilə geniş tərkibli görüşlər keçirən Tamam Cəfərova sakinlərlə əhatəli söhbət aparıb, ölkəmizdə cənab Prezidentin apardığı uğurlu sosial-iqtisadi və sturuktur islahatlarından söz açıb, vətəndaşların bütün problemlərini dinləyib, həlli ilə bağlı qarşıda duran məsələləri müzakirə edib.

İstisnasız olaraq bütün kəndlərdə seçicilərlə görüşən Tamam Cəfərova şəhid məzarlarını ziyarət edib, şəhid ailələrinə baş çəkib, problemləri ilə maraqlanıb.

Tamam Cəfərova mütəmadi olaraq rayon ağsaqqalları, rayon gəncləri, rayon ictimaiyyəti ilə də görüşlər keçirir, onların problemlərini və təkliflərini dinləyir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3185127.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR