Beyl bu gün "Tottenhem"ə qayıda bilər

“Real”ın futbolçusu Qaret Beyl “Tottenhem”ə keçməyə yaxındır.

Metbuat.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb. Klub rəhbərliyinin 30 yaşlı hücumçunu bu gün transfer edəcəklərinə əmin olduğu bildirilir. Kristian Erikseni “İnter”ə satan London təmsilçisi onun yerini Beyllə doldurmaq niyyətindədir.

Qeyd edək ki, uelsli futbolçu 2013-cü ildə məhz “Tottenhem”dən 100 milyon avro qarşılığında “Real”a keçib.(qol.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR