Vəcihə Səmədova və Lətif Feyzullayevin əsərlərindən ibarət sərgi açıldı - FOTO

Vəcihə Səmədova və Lətif Feyzullayevin əsərlərindən ibarət sərgi açıldı - FOTO
13:43 1 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Dünən Bakıda görkəmli rəssamlar Vəcihə Səmədova və Lətif Feyzullayevin əsərlərindən ibarət “Bir inci rəssam” adlı rəsm sərgisi baş tutub.

Publika.az xəbər verir ki, 40-dək sənət əsərinin yer aldığı sərgi Mədəniyyət Nazirliyinin təşkilatçılığı, “Rolls-Royce Motor Cars Baku”nun dəstəyi ilə həyata keçirilib.

Sərginin açılışından əvvəl aparıcı Nərgiz Cəlilova bildirib ki, sərgi çərçivəsində unudulmaz rəssamların şəxsi və dövlət arxivlərində olan əsərlərinin, fotolarının və onlarla bağlı ekranlaşdırılan filmlərin yer aldığı saytın təqdimatı da keçiriləcək.

İki rəssamın zəngin yaradıcılıq irsindən danışan Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov çıxışında onların incəsənətin inkişafındakı xidmətlərindən söz açıb.

Sənətkarların nəvəsi Aqşin Feyzullayev Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən tədbirin iştirakçılarına, eləcə bütün təşkilatçılara öz təşəkkürlərini bildirib. O, qeyd edib ki, rəssamların vəfatından sonra qiymətli əsərlərin qorunub saxlanması asan olmayıb.

Qeyd edək ki, görkəmli rəssamların yeni açılan saytında onların şəxsi və dövlət arxivlərində olan əsərlər, şəxsi fotoları, onlarla bağlı ekranlaşdırılan filmlər, digər materiallar yer alıb. Saytın yaradılmasında məqsəd hər iki rəssamın zəngin irsinin qorunub saxlamaq və geniş auditoriyaya çatdırmaqdır.

Aytən Məftun

Foto: Ceyhun Rəhimov


Xəbərin orijinal ünvanı: https://publika.az/news/art/303610.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR