Hummer yenilənir: elektriklə çalışacaq və daha güclü olacaq

Hummer yenilənir: elektriklə çalışacaq və daha güclü olacaq
22:57 4 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Məşhur Hummer SUV-un son versiyasının istehsalı 2010-cu ildə dayandırıldı.

Milli.Az ted.az-a istinadən bildirir ki, 10 ildən sonra Amerika avtomobil istehsalçısı "GMC" çoxunun sevimli avtomobilini canlandıracaq. Bu, əfsanənin tam dirçəlişi olacaq.

Qeyd edək ki, "General Motors" nümayəndələri yenilənmiş "Hummer"in Detroit fabrikində istehsal ediləcəyini və "GMC Hummer EV" markası altında satılacağını təsdiqləyiblər. Bu elektrikli SUV  1000 at gücünə sahib olacaq. Avtomobilin rəsmi təqdimatı bu il mayın 20-də olacaq və 2021-ci ilin sonunda istehsala başlayacaq.

Şirkət rəsmiləri Detroit zavodunun modernləşdirilməsinə 2,2 milyard dollar xərcləmək, həmçinin avtonom və elektrikli nəqliyyat vasitələri - pikaplar və yolsuzluq avtomobillərinin istehsalına başlamaq niyyətində olduqlarını açıqlayıblar. Avtomobil istehsalçısı 2023-cü ilə qədər 20 ədəd elektrikli nəqliyyat vasitəsi istehsal etməyi planlaşdırır - "Hummer EV" isə şirkətin yeni məhsullarından birincisi olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/822481.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR