Övladlığagötürmə ilə bağlı sistemin işləməsi niyə yubanır? - SƏBƏB

Övladlığagötürmə ilə bağlı sistemin işləməsi niyə yubanır? - SƏBƏB
18:37 6 Fevral 2020
59 Digər
Ölkə mətbuatı
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev övladlığagötürmə ilə bağlı alt sistemin işə düşməsinin gecikməsinə aydınlıq gətirib.
“Report” xəbər verir ki, nazir hazırda aidiyyəti dövlət qurumlarına sistemin inteqrasiyasının aparıldığını deyib.
Sahil Babayev qeyd edib ki, sistemin test rejimində istifadənin yoxlanılması prosesi yekunlaşıb: “Bir neçə qanunvericilik aktı var ki, onların təsdiqi gözlənilir. Hazırda Dost mərkəzləri tərəfindən təcili müraciətlərin kağız üzərində qəbulu aparılır. Yaxın günlərdə gözləntimiz odur ki, normativ hüquqi aktlar yekun şəkildə qəbul edildikdən sonra övladlığagötürmə alt sistemində müraciət bölməsi hazır olacaq. Bunu da müxtəlif orqanların bazasına inteqrasiyası davam edəcək. Mrəhələlərlə elektron alt sistem ilin sonuna qədər tam şəkildə istifadəyə veriləcək”.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/ovladligagoturme-ile-bagli-sistemin-islemesi-niye-yubanir-sebeb

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR