Bakı aeroportunda Koreya vətəndaşından külli miqdarda telefon götürülüb

Bakı aeroportunda Koreya vətəndaşından külli miqdarda telefon götürülüb
19:17 6 Fevral 2020
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonları Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn Koreya vətəndaşı "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən gömrükçülər tərəfindən saxlanılıb və "Qırmızı kanal"a yönləndirilib.

Baxış keçirilməsi üçün vətəndaş yoxlama otağına dəvət olunub. Bu zaman ona məxsus çamadanda əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və yazılı formada bəyan olunmayan 15 ədəd "İphone", 1 ədəd "Huawei", 49 ədəd "Samsung" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/823762.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR