“Əl-Qaidə”nın Ərəbistan yarımadasındakı lideri Qasim ar-Raymi Birləşmiş Ştatların Yəmənə endirdiyi hava zərbələri zamanı öldürülüb. “Report” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Məlumata əsasən, “Əl-Qaidə”nın lideri Yaman əz-Zavahirinin köməkçisi olan terrorçu ABŞ prezidenti Donald Trampın əmri ilə həyata keçirilən əks-terror əməliyyatında məhv edilib.