Kənddən yayılan dedi-qoduya görə 6 nəfəri belə linç etdilər -

Hadisə Hindistanın Madya Pareş əyalətində, Dhar bölgəsinə aid bir kənddə baş verib.

Metbuat.azndiatoday.in"ə istinadən xəbər verir ki, kənddə 6 nəfərin uşaq qaçırma niyyətlərinin olması ilə bağlı dedi-qodu yayılıb. Bu zaman onlar kənddən çıxmaq istəyiblər, lakin sakinlər onların maşınlarının qaarşısını kəsiblər. Avtomobildən çıxarılan 6 nəfər kəndlilər tərəfindən döyülməyə, linç edilməyə başlanıb. Cib telefonu ilə çəkilən görüntülərdə onların daş, dəyənək və dəmir lövhələrlə döyüldüyü görülür.

Hadisənin ardından kəndə gedən polislər 1 cəsəd və 5 ağır yaralı tapıblar. Kəndlilərdən 15 nəfər polis tərəfindən saxlanılıb. Hadisənin kim tərəfindən başladıldığı isə məlum deyil.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR