"Beşiktaş" futbolçularını Azərbaycan klublarına təklif etməyə hazırlaşır

"Beşiktaş" futbolçularını Azərbaycan klublarına təklif etməyə hazırlaşır
12:12 7 Fevral 2020
175 İdman
Ölkə mətbuatı
A- A+

"Beşiktaş" klubu bir neçə xarici klubla əməkdaşlıq etməyə hazırlaşır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, həmin ölkələrdən biri də Azərbaycandır.

İstedadlı gənc futbolçularının son vaxtlar qısa müddətdə aşağı liqalara yollanıb, orada da yoxa çıxmalarından narahat olan İstanbul təmsilçisi bunun qarşısını almaq üçün yeni sistem qurmaq niyyətindədir. "Ağ-qaralar" həmin gəncləri Monteneqro, Kosovo, Albaniya, Azərbaycan, Bosniya və Herseqovina kimi ölkələrin yüksək liqa klublarına icarəyə verməyi planlaşdırırlar. Həmçinin həmin komandalarla oyunçu dəyişikliyi də planlaşdırılır.

"Beşiktaş" rəhbərliyi ilk mərhələdə Ərsin Dastanoğlu, Oğuzhan Akgün, Kərəm Kalafat, Oğuzhan Aydoğan, Ərdoğan Kaya və İlkay İşlər kimi gələcək vəd edən gənclərini oyun praktikası toplaması üçün adıçəkilən ölkələrin çempionatlarına yollamaq niyyətindədir.

Klubun İdarə Heyətinin üzvü Fırat Fidan danışıqların davam etdiyini və bir il müddətinə oyunçu dəyişiklikləri etməyi düşündüklərini söyləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/823852.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR