Aynişan açıq-saçıq gəlinliyi barədə:

Sabah Ağcabədidə baş tutacaq oğlan toyuna hazırlaşan Aynişan Quliyeva ona ünvanlanan sualları cavablandırıb.

Metbuat.az Kənan Əliyevlə nikah masasına əyləşən Aynişan Quliyeva ilə qısa müsahibəni təqdim edir.

- Sabah oğlan toyunuzdur. Həyəcanlısınız?

- Xeyr. Həyəcanlı deyiləm, sadəcə yorğunam.

- Qız toyu üçün gəlinlik seçərkən niyə ağ rəngə üstünlük vermişdiniz?

- Özümə yaraşanı seçdim. Oğlan toyunda bir az fərqli olmağı düşünürəm. Toyda çəhrayı geyinməliydim? Ürəyim belə istədi. Əsas odur, mənə xoş olsun. Çünki geyinən mənəm.

- Gəlinliyiniz açıq-saçıq idi. Buna Kənan bəyin münasibəti necə oldu?

- Açıqlıq indivudual yanaşmadır. Kiməsə görə açıq olan başqasına qapalı gələ bilər. Kənan mənim yaşam tərzimə, əhatəmə, dünyagörüşümə, davranışlarıma icazə verir. O ki qaldı gəlinliyə olan reaksiyasına, onu Kənanla birlikdə seçmişik. Bir neçəsinə baxdıq, amma daha çox onu bəyəndik.

- Oğlan toyuna necə gəlinlik seçmisiniz?

- Bu toy üçün gəlinlik özəl hazırlanıb.

- Kənan bəy ciddi insana oxşayır. Bu sizi gələcəkdə sıxmayacaq?

- Bizim ikimizdə də bu cəhət var, elə bil hər şeydən narazıyıq. Onun fotolarını yalnız mən çəkəndə üzügülər düşür.

- Niyə toyunuzda iki gəlinlik geyinmişdiniz?

- Əslində elə şeylərə həvəsim yoxdur. Sadəcə birinci əlbisənin şleyfi çox və ağır olduğu üçün ikinci gəlinliyi də seçdim.

(teleqraf.com)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR