Türkiyə və Rusiya arasında danışıq - Bu məsələ müzakirə olundu

Türkiyə və Rusiya arasında danışıq - Bu məsələ müzakirə olundu
05:48 9 Fevral 2020
114 Digər
Ölkə mətbuatı
A- A+

Ankarada Suriyanın İdlib şəhəri üzrə Türkiyə və Rusiya arasında danışıqlar keçirilib.

Publika.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Məlumatda bildirilir ki, heyətlər arasındakı danışıqlar zamanı İdlibdəki vəziyyət müzakirə edilib. Danışıqlar zamanı əsas diqqət yerdə sakitçiliyi təmin edəcək və siyasi prosesi inkişaf etdirəcək addımlara yönəlib.

Qeyd edilir ki, danışıqların gələn həftə davam etdirilməsinə qərar verilib.

Vurğulanır ki, tərəflərin arasında danışıqlar 3 saat davam edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/304345.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR